ABŞ İstanbuldan gələn təyyarələrdə "noutbuk qadağası"nı ləğv etdi

11:39 - 5 İyul 2017 - Xəbər

ABŞ hakimiyyəti İstanbulun hava limanından Birləşmiş Ştatlara uçan təyyarələrin salonunda noutbukların aparılmasına qoyulan qadağanı aradan qaldırıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, qadağanın ləğvindən sonra ilk reysi Nyu Yorka "Türkiyə Hava Yolları"nın təyyarəsi icra edəcək. Xatırladaq ki, martın 21-də 10 iri beynəlxalq hava limanından ABŞ-a uçan təyyarələrin salonunda həcm baxımından mobil telefondan böyük olan elektron qurğuların daşınmasına qadağa qoymuşdu. Bu qərar Misir, İordaniya, Qətər, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə toxunmuşdu.

Xəbər xətti