"Erməni təxribatı nəticəsində yaralanan qadının səhhəti stabildir”

10:00 - 5 İyul 2017 - Xəbər

“Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının səhhəti hazırda stabildir”. Bunu “Report”a Fizuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib. O bildirib ki, döş qəfəsinin qəlpə yarası diaqnozu ilə əməliyyata götürülən xəstənin həyati üçün heç bir təhlükə yoxdur: “Bir-iki gündən sonra xəstə bizim xəstəxanaya gətiriləcək. Hesab edirəm ki, bir həftəlik müalicədən sonra hətta evə də yazıla bilər”. Qeyd edək ki, Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Xəbər xətti