Bakıda "moyka" işçisi avtomobil qaçırıb adam vurub

12:33 - 4 İyul 2017 - Xəbər

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törədib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində işləyən Valeh Rəhmanov Bakı şəhər sakini Seymur Nəcəfova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb.
O, F.X.Xoyski küçəsində paytaxt sakini Vahid Əhmədovu avtomobillə vurub və hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini V.Rəhmanov tutulub.

Xəbər xətti