Lavrov: “ABŞ öz hərəkətləri ilə regional və qlobal təhlükəsizliyə əlavə təhlükə yaradır"
09:27 - 9 Aprel 2017 - DÜNYA
Lavrov və Tillerson ABŞ-ın Suriyaya raket zərbələrini müzakirə ediblər
Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonla Amerikanın Suriyadakı hərbi bazaya endirdiyi raket zərbəsini müzakirə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir. Lavrov qeyd edib ki, ABŞ-ın hərəkətləri ekstremistlərin xeyrinədir, “ABŞ öz hərəkətləri ilə regional və qlobal təhlükəsizliyə əlavə təhlükə yaradır”.
“XİN rəhbərləri Suriya nizamlanmasına dair məsələlərin müzakirəsini təkbətək görüşdə davam etdirilməsinə dair razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Lavrov kimyəvi silahdan istifadəyə dair Suriyanın ünvanına səsləndirilən ittihamları rədd edərək insidenti hərtərəfli, obyektiv və peşəkar səviyyədə araşdırmağa çağırıb.