Suriyada silahlı müxaliflər Hələbin cənub-qərbindəki Əl-Həmdaniyə yaşayış məntəqəsini minaatanlardan atəşə tutub.
Ucnoqta.Az "Report"a istinadən bildirir ki, bu barədə "Sana" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, atəş zamanı mərmilər Radvan məscidi yaxınlığındakı orta məktəbə düşüb. Nəticədə 5 uşaq ölüb, daha 4 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, məktəbdə müvəqqəti olaraq qaçqın ailələri məskunlaşıb.