Türkiyənin Radio və Televiziya Şurasının sədri İlhan Yerlikaya evlilik proqramlarının yayımlandığı kanalların baş redaktorlarını qəbul edib.
Ucnoqta.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşmənin müzakirə mövzusu evlilik proqramlarının gələcək taleyi ilə bağlı olub. İlhan Yerlikaya evlilik proqramlarından minlərcə şikayət edildiyini qeyd edib. O, şikayətlərin 136 mini keçdiyini ifadə edib və evlilik proqramlarının gələcək nöqteyi-nəzərdən topluma zərər verdiyini açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə evlilik proqramlarının bağlanacağı iddia edilmişdi.