“Real”dan dünya rekordu

15:41 - 14 Mart 2017 - İDMAN

“Real” dünya rekorduna imza atıb. Qol.az-ın “Daily Mirror”a istinadən yaydığı xəbərə görə, Madrid klubu bu uğura La Liqanın 27-ci turunun “Betis”ə qarşı matçında (2:1) Kriştiano Ronaldonun qolu sayəsində nail olub. Zinəddin Zidanın komandası dalbadal 48 oyunda qol vuran ilk klub kimi futbol tarixinə düşüb. “Real”ın son olaraq, qol vurmadığı oyun 2016-cı ilin aprelin 26-da “Mançester Siti” ilə Çempionlar Liqasının matçına (0:0) təsadüf edir.
Qeyd edək ki, buna qədər rekord 47 oyunla Portuqaliya “Benfika”sına məxsus idi. Onlar bu nəticəyə 1963-cü ilin dekabrından 1965-ci ilin yanvarına qədər olan müddətdə nail ola bilmişdilər.
“Real” qol vurduğu 48 oyunluq uğurlu seriyası isə “Real Sosyedad”la matçla (1:0) başlayıb.

Xəbər xətti