Bakıda bir həftə əvvəl avtomobil vuran piyada xəstəxanada ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, martın 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində 1960-cı il təvəllüdlü Əsədulla Məhərrəmov idarə etdiyi "VAZ 2104" markalı avtomobillə yolu keçən piyada Baba Yusifovu vurub. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ağır xəsarət alan B.Yusifov bu gün xəstəxanada dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır və Ə.Məhərrəmov saxlanılıb.