Ermənilər atəşkəs rejimini 120 dəfə pozub

10:50 - 14 Mart 2017 - ÖLKƏ İÇİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Cəfərli, Qızılhacılı, Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Şıxlar, Yusifcanlı, Baş Qərvənd, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbər xətti