Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ölkənin mutikultural dəyərlərinə və dövlət siyasətinə sadiq qalaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə 14 Mart, 2017-ci il tarixində "Həmrəylik Festivalı-2017" adlı festival həyata keçirməyi planlaşdırır. Bildiyimiz kimi Azərbaycan Azərbaycan Respubliksında 2017-ci ildə “İslam Həmrəyliyi” ili elan olunmuşdur. Bu səbəbi əsas tutaraq AGAT “Həmrəylik Festivalı-2017” adlı festival keçirməyi nəzərdə tutmuşdur. Festivalda AGAT-ın 2009-cu ildə yaratdığı "Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordiyasiya Şurası"na daxil olan 8 icmanın (türk, tatar, yunan, polşa, ukrayna, rus, kakak, yəhudi) təmsil etdikləri ölkələr, 5 ərəb ölkəsi (BƏƏ, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı, Misir) və Norveç, Rumınya, Pakistan, Litva, İndonesiya kimi ölkələr iştirak edəcəkdir. Xüsusi qeyd olunmalıdır ki, AGAT-ın təşəbbüsü ilə festivala təkcə islam dininə mənsub olan ölkələri deyil, xristian dini nümayəndələrini, həmçinin yəhudi dininə mənsub ölkə nümayəndələrini də “Həmrəylik Festivalı-2017” yə cəlb etmişdir. Sadalanan ölkələrin nümayəndələri milli geyim, milli mətbəx, mahnı, rəqs və s. vasitəsilə öz milli mədəniyyətlərini nümayiş edəcəklər.
Tədbirdə Prezident Administrasiyası, Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət strukturları, səfirlik və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək.
Festival 14 mart, 2017-cü ildə, saat 11.30-da, Badamdar Hotelin “Qəbələ” zalında həyata keçiriləcək.