Müğənni Əli Mirəliyev "5/5" verilişinin qonağı olub. Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, ifaçı yenə də qalmaqallı açıqlaması ilə diqqət çəkib.
O bildirib ki, ifaçılar efirə oxumağa yox, özlərini göstərməyə çıxır:
"İndikilərə oxumaq lazım deyil, onlara "mırt" vurmaq lazımdır. Efirə qoyun, motosikletlə gəlirlər. Oxumağa gəlmirlər ki... Bu yaxınlarda Elşad Qarayev efirə motosikletlə çıxdı. O at, eşşək minməlidir, Kürdəmirdə böyüyən adamdır. Şəhərdə böyümüşəm, motosikleti mən sürürəm. Bura efirdir, Sabunçu bazarıdır?"
Ə.Mirəliyev heç vaxt həmkarlarından borc pul istəmədiyini söyləyib:
"Heç vaxt müğənniyə zəng edib pul istəməmişəm. Həmişə hamıya mən pul vermişəm. Atama da, anama da mən baxmışam".
İfaçı 20 ildir tək yaşadığını etiraf edib:
"Gərək cavanlıqdan əlavə ev alasan ki, səni yaşlananda səni qovmasınlar. 20 ildir ailəmdən ayrı yaşayıram. İnsanlar elə bilər ayrılmışam, xeyr. Həyat yoldaşım tez-tez gəlib-gedir. Şəhərdə yaşaya bilmirəm".