Miloş Zeman yenidən Çexiya prezidentliyinə namizədliyini irəli sürəcək

10:57 - 10 Mart 2017 - Xəbər

Çexiya prezidenti Miloş Zeman Praqa qradında öz tərəfdarları ilə görüşüb və yenidən respublika prezidenti postuna namizədliyini irəli sürmək qərarına gəldiyini bildirib. "Report" xəbər verir ki, növbəti prezident seçkiləri 2018-ci ilin əvvəlində keçiriləcək. Zeman namizədliyinin irəli sürülməsini sabah mətbuat konfransında rəsmən elan edəcək.

Xəbər xətti