Ucnoqta.az
www.ucnoqta.az

<b>Miloş Zeman yenidən Çexiya prezidentliyinə namizədliyini irəli sürəcək</b>

10:57 - 10 Mart 2017 tarixində dərc olunub.

Çexiya prezidenti Miloş Zeman Praqa qradında öz tərəfdarları ilə görüşüb və yenidən respublika prezidenti postuna namizədliyini irəli sürmək qərarına gəldiyini bildirib. "Report" xəbər verir ki, növbəti prezident seçkiləri 2018-ci ilin əvvəlində keçiriləcək. Zeman namizədliyinin irəli sürülməsini sabah mətbuat konfransında rəsmən elan edəcək.

Müəllif: Ucnoqta.az