Çin şirkəti gözəgörünməz PUA layihəsi üzərində işə başlayıb

10:53 - 9 Mart 2017 - Xəbər

Çində gözə görünməz Pilotsuz Uçan Aparat (PUA) hazırlanması layihəsi üzərində işə başlayıblar. “Report” xəbər verir ki, bu haqda “China Daily” məlumat yayıb. Layihənin həyata keçirilməsi ilə Çinin Aero-kosmik elmlər və sənayesi şirkəti məşğuldur. “Şirkət diqqətini az hiss edilən və yerətrafı kosmik məkanda uçan piltosuz aparatın hazırlanmasına cəmləyib”, - deyə, şirkətin baş direktorunun müavini Vey İnya bildirib. Aparatın taktiki-texniki göstəriciləri habelə hazır olacağı müddət və layihələrin başqa detalları barədə məlumat verilməyib.

Xəbər xətti