"Real"ın futbolçusu: ""Barselona" uduzsa, rahat yatacam"

13:48 - 8 Mart 2017 - İDMAN

"Birinci hissədə rəqib bizi çox çətin vəziyyətə saldı. Ancaq necə qələbə qazanacağımızı bilirdik. İkinci hissə daha asan oldu". Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab oyunundan (3:1) sonra deyib.
Sözügedən qarşılaşmada dubla imza atan ispan müdafiəçi bildirib: "Bir həftə əvvəl mənə edilən tənqidlərə əsəbiləşmişdim. Bu cür qollar vururam deyə qəhrəman deyiləm. Avropadakı 100-cü oyunumu qolla qeyd etməkdən məmnunam".
S.Ramos bu gün keçiriləcək "Barselona" - PSJ görüş haqda da danışıb: "Barselona" da məğlub olsa, daha çox xoşbəxt olacam. Ondan sonra gecə rahat yata biləcəm".

Xəbər xətti