Azərbaycan neftinin qiyməti artıb

13:14 - 8 Mart 2017 - İQTİSADİYYAT

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,29 dollar və yaxud 0,51% artıb. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,12 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti