ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər. Bu barədə Apa-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.
Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.