Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında 2017-2018-ci illər üçün əməkdaşlıq və məsləhətləşmələr Planı imzalanıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, nazirlər arasında keçirilən görüşün yekunlarına dair mətbuat konfransında planı Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov imzalayıblar.