Maştağada 26 yaşlı oğlan özünü yandırıb

12:58 - 3 Mart 2017 - HADİSƏ

Bakıda intihara cəhd olub. Ucnoqta.az-ın Apa-ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 26 yaşlı Zahid Hacıağa oğlu Fəttayev yaşadığı evdə özünü yandırıb. O ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti