Ötən gün Moskvada tikilməkdə olan tuneldə baş verən qəza zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Ucnoqta.az apa-ya istinadən verdiyi məlumata görə, bununla da ölənlərin sayı 2 nəfərə çatıb. Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı qərargahın verdiyi məlumata əsasən dağıntılar altında daha heç kəs yoxdur.
Hadisə ötən gün baş verib. Hadisə zamanı daha 3 işçi yaralanıb.