Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Beləki, 28 yaşlı Zahid Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Ailə üzvləri yanğının qarşısını alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Z.Fəttahovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.