Bakıda avtomobil yolu keçmək istəyən piyadanı vurub. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Kürdəxanı qəsəbəsində yolu keçmək istəyən 28 yaşlı Musayev Ağa Məhəmməd oğlunu avtomobil vurub. Hadisəni törədən sürücü təcili yardım çağırıb. A.Musayev xəstəxanya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Musayevin sağ çanaq sümüyü sınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.