Nəqliyyat vasitəsindən külli miqdarda siqaret aşkar olundu - VİDEO

11:35 - 3 Mart 2017 - ÖLKƏ İÇİ

Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlər aşkarlayıb. Ucnoqta.az bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Cəlal Qasımov küçəsində Azərbaycan vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi "OKA SeAZ-11116" markalı, 24 BE 054 dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti