Bakı-Sumqayıt qatarlarında gediş haqqı artırıldı

16:53 - 2 Mart 2017 - Xəbər

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək. Ucnoqta.az xəbər verir ki, Azərbaycan DəmirYolları QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xidmətin xərclərinin balanslaşdırılması məqsədilə  martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında müəyyən edilmiş istiqamətlərə dair gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:

 

İstiqamət

Tarif (manatla)

ekonom

biznes

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

1,0

1.60

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0.40

1,20

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0.60

1.40

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0.40

0.80

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0.80

1.40

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0.60

1,20

 

Xəbər xətti