Xocalı soyqırımı ilə bağlı petisiya açılıb

15:43 - 2 Mart 2017 - Cəmiyyət

“Change.org” saytında Xocalı Soyqırımının tanınması ilə bağlı petisiya açılıb. Fransalı vəkil Oliver Pardo tərəfindən açılan petisiyanı imzalayanların sayı 8 mini keçib.
Petisiyada 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qaldığı barədə məlumat verilib.
Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyətinin bu faciə haqqında az məlumatı var: “İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır”. 
Petisiyada Fransa hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.


https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?recruiter=688946948&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive

Xəbər xətti