Beş gün əvvəl Biləsuvarda çayda batan oğlanın meyiti sudan çıxarılıb. Ucnoqta.az-ın xəbərinə görə, bu barədə APA-nın hadisə yerində olan polis əməkdaşları məlumat veriblər. 12 yaşlı Elçin Mehdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehdiyev fevralın 25-də həyətdə velosipedlə oynayarkən Balharı çayına düşüb.
Faktla bağlı araşdırma aparılır.