"Ötən çərşənbədə 7 nəfər uşaq tonqala düşüb". Ucnoqta.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Dövlət Həkimər Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərahiyyə Klinikasını yanıq şöbəsinin cərrahı Almaz Seyidova yanıqlar və onların fəsadlarının müalicəsinə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, xəsarət alanlar II və III dərəcəli yanıqla xəstəxanaya gətirilib: "Daha çox əl və diz nahiyyələrindən yanıblar. İlk çərşənbədə isə yanıq şöbəsinə tonqala düşən olmayıb. Ötən il 70 yaşında kişi tonqala düşmüşdü. IV dərəcəli yanıq almışdı.
Cərrah valideynləri uşaqlara qarşı diqqəti olmağa çağırıb.