Meksikanın Verakrus ştatında qaçırılmış turist mikroavtobusunun içində 11 nəfərin meyiti tapılıb. Bu haqda ştatın qubernatoru Miqel Anxel Yunes məlumat verib. Yunes deyib: "Bu hökumət və ya əhaliyə qarşı hücum deyil, bu cinayətkar qruplar arasındakı münasibətlərin müəyyənləşdirilməsidir". Mikroavtobus Boka-del-Rio şəhərində tapılıb, nəqliyyat vasitəsinin mülkiyyətçisi artıq müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.