Yusif Səfərov küçəsində böyük TIXAC

11:10 - 2 Mart 2017 - Xəbər

Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb. Tıxacın səbəbi yolun genişləndirilməsi ilə əlaqədar son günlər aparılan təmir işləridir. Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli trend-ə açıqlamasında bildirib ki, ərazidə aparılan qazıntı işləri Y.Səfərov küçəsinin genişləndirilməsi ilə bağlıdır: "Küçədə aparılan yenidənqurma işləri çərçivəsində yolun ayırıcı zolağı kiçildilir. Ayırıcı zolaq 4 metrdən 2 metrə endirilir. Qazıntı işləri bir hərəkət zolağı üzrə aparılır. Yolun digər 5 zolağı boşdur. Həmin ərazidə pik saatlarda sıxlıq müşahidə olunur".

Xəbər xətti