Fransa prezidentliyinə namizəd, sabiq iqtisadiyyat naziri Emmanuel Makron seçkilərdə qələbə qazanacağı təqdirdə deputatlara ailə üzvlərini işə götürməyi qadağan edəcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu o, "Le Parisien" qəzetinə müsahibəsində deyib. O həmçinin bildirib ki, Fransa siyasətinin "ədəb-ərkanı" ilə məşğul olmağı və "maraqların münaqişəsi"nə qarşı mübarizəyə başlamağı planlaşdırır. Bildirilir ki, Makron seçkiqabağı proqramını tam olaraq cümə axşamı keçiriləcək mətbuat konfransında açıqlayacaq. Makronun rəqibi olan sabiq baş nazir Fransua Fiyonun həyat yoldaşı ilə bağlı qalmaqal "Canard enchaine" satirik nəşrində Penelopa Fiyonun parlamentari Fiyonun köməkçisi qismində 8 il əmək haqqı alması öz təsdiqini tapandan sonra baş verib.