Bakıda iki avtobus toqquşdu: tıxac yarandı - FOTO

13:38 - 1 Mart 2017 - HADİSƏ

Bu gün səhər saatlarında Bakıda avtobus qəzası baş verib. Ucnoqta.az azvision.az-a istinadən xəbər verir ki, hadisə "Azadlıq" metrosunun yaxınlığında, Cəfər Xəndan küçəsində qeydə alınıb. Məlumata görə, 99 JX 243 dövlət nömrə nişanlı “Baku Bus” MMC-yə məxsus 8 saylı marşurut xətti ilə hərəkət edən avtobus, 99 JK 273 nömrə nişanlı 88 nömrəli marşurut avtobusu ilə toqquşub. Hadisə nəticəsində 88 saylı marşurut avtobusun şüşələri sınıb. Şahidlərin bildirdiyinə görə, qəzadan dərhal sonra 1 saata yaxın müddətdə yolda tıxac yaranıb. Hadisə yerinə yol polis əməkdaşları da gəlib.


Xəbər xətti