Sabahın havası- duman, çiskin

12:48 - 1 Mart 2017 - ÖLKƏ İÇİ

Sabah martın 2-də ölkə ərazisində müşahidə ediləcək hava məlumatı açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.
 Atmosfer  təzyiqi  768 mm civə sütunundan  764  mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək.
 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Xəbər xətti