“Yəqin ki, Tarif Şurası qəbul imtahanlarının qiymətləri ilə bağlı yekun qərarı bu həftə ərzində verəcək”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, DİM lazımi olan məlumatları Tarif Şurasına təqdim edib: “Magistratura, rezidentura səviyyəsi və dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər qəbulla əlaqəli ödənişi özləri edəcəklər. Bu il ilk dəfə qəbul imtananında iştirak edəcək abituriyentlər həm də dövlət rüsumundan da azaddırlar”.
M.Abbaszadə əlavə edib ki, yaxın bir həftədə sınaq imtahanlarının vaxtı məlum olacaq: “Magistratura və rezidentura imtahanları isə aprel ayının əvvəlləri üçün planlaşdırılır. Gələn il ola bilsin ki, ümumtəhsil müəssisələrini bitirənlər üçün noyabr ayında əlavə qəbul imtahanları da baş tutsun”.