Səhər saatlarında Bakıda zəncirvari qəza tıxaca səbəb olub. Ucnoqta.az xəbər verir ki, bu barədə trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib. "Jeep", "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dairədə tıxac yaranıb və hazırda ərazidə avtomobillərin hərəkəti çətinləşib. Əraziyə Yasamal və Nəsimi rayon Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yol polisinin iştirakı ilə avtomobillərin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.