Ukraynanın paytaxtı Kiyevin mərkəzi rayonlarının birində körpü qismən uçub. Ucnoqta.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmasa da, körpünün altında dayanan avtomobil zədələnib. Hadisə yerinə Kiyevin meri Vitali Kliçko gəlib. İlkin versiyaya görə, körpü istismar qaydalarının pozulması nəticəsində uçub.