Gəncədə avtobus qəzaya uğrayıb

11:21 - 28 Fevral 2017 - HADİSƏ

Gəncədə avtobus qəzaya uğrayıb. APA.nın qərb bürosunun məlumatına görə, şəhərin Atatürk prospektində “Isuzu” markalı sərnişin avtobusu “Niva” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində ölən və ya xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti