Salvadorun Milli Heyvanat Parkında begemot naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. "Report" xəbər verir ki, bu barədə məlumatı ölkənin Mədəniyyət Nazirliyi təsdiq edib. "Ötən həftə Milli Heyvanat Parkında vicdansız, canlıların həyatına hörmət etməyən insanlar tərəfindən vəhşicəsinə döyülən, daş və armaturla vurulan begemot Qustavito bazar ertəsi ölüb. Baytarlar onun həyatını xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Respublika Milli Polisi və Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb… Zooparkda təhlükəsizlik tədbirləri gücləndirilib", - deyə məlumatda bildirilir.