Rəqqasə Oksana Rəsulova “ATV kulis” verilişində qonaq olub. Ucnoqta.az big.az-a istinadən xəbər verir ki, ixtisasca həkim olduğunu bildirən rəqqasə bir müddət bu peşə ilə məşğul olduğunu bildirib. Sənətçi ailə qursa rəqsdən uzaqlaşa biləcəyini söyləyib:
"5 ildir subayam. Tək qalmayacam, nə vaxtsa yenidən ailə quracam. İndi xoşbəxtəm. Qadın övladı olandan sonra tam xoşbəxt olur. Hər qadının bir missiyası var – övlad yetişdirmək. Övladım olandan sonra mən də tam xoşbəxt olacağam”.Rəqqasə rəqibsiz olduğunu qeyd edib:
“Məndən yaxşı rəqs edən ancaq tələbələrimdir. Aktrisalığıma gəldikdə isə, bu haqda heç nə deyə bilmərəm, amma 1 ildə 5 filmə çəkildim. Bu hər adam qismət olmur. Xasiyyətcə isə arada çox sərt oluram. Həyatımda psi insanlar çox olub. Hər adama sirr demək lazım deyil”.
Ən yaxın rəfiqəsinin anası olduğunu söyləyən O.Rəsulova həyatının peşmançılığını açıqlayıb:
“Bütün sirrlərimi anamla bölüşürəm. Anamın məsləhətinə qulaq asıram. İlk evliliyim həyatımın ən böyük peşmanlığı oldu, kaş onda da anama qulaq asardım. Sevgisiz yaşamaq olmaz, amma bunu fərqli tərəflərə yönəltmək lazımdır. Çalışıram sevgimi kişiyə verməyim. Hələ ki sevgimi işlərimə, ailəmə yönəltmuşəm”.