İranın Hərbi Dəniz Qüvvələri davam edən "Vilayət" hərbi təlimlər çərçivəsində “yer-dəniz” tipli yeni raket sistemini sınaqdan keçirib.Trend-in məlumtaına görə, lazer tuşlayıcılı “Dehləviyə” adı verilən raket təlimlərin ikinci günündə sınaqdan keçirilib.
Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələri fevralın 26-da Hind okeanının şimalında 2 milyon kvadrat kilometrlik ərazidə hərbi təlimlərə başlayıb.