Bakıda beynəlxalq neft sammiti keçiriləcək

11:43 - 27 Fevral 2017 - İQTİSADİYYAT

"Argus" qlobal beynəlxalq qiymət agentliyi baş tərəfdaş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə 2017-ci ildə Azərbaycanda "Argus Beynəlxalq Neft Sammiti"ni təşkil edəcək.Agentlikdən "Report"a verilən məlumata görə, sammiti oktyabrın 12-13-də Bakıda keçiriləcək.Sammit Xəzər regionunda əsas hadisələrdən biri olacaq və öz platformasına son hadisələrin və yaxın gələcəkdə onların inkişaf perspektivlərinin təhlili üçün iri neft, nəqliyyat, ticarət, neft emalı və neft-kimya şirkətlərinin top menecerlərini toplayacaq.

"Xəzər hövzəsi ölkələri regionda yeni böyük layihələrin həyata keçirilməsini və təchizatda yeni istiqamətlərin fəal axtarışını nəzərə alaraq, neft, ticarət və nəqliyyat şirkətləri üçün əsas olaraq qalır", - şirkətdən bildiriblər.

Sammit iştirakçıları neft və neft məhsullarının ixracı üçün logistik marşrutların, neft-kimya sənayesinin inkişaf xüsusiyyətlərini, Xəzər regionu ölkələrində yerli bazarlardakı dəyişiklikləri müzakirə edəcəklər, nəqliyyat və neft emalı infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini araşdıracaq, eləcə də İran bazarı ilə qarşılıqlı əlaqənin xüsusiyyətlərini müzakirə edəcəklər.
Tədbirin əsas mövzuları Xəzər-Aralıq dənizi dəhlizinin inkişaf perspektivləri, Xəzər regionunda neft və neft məhsullarının daxili bazarı, Azərbaycandan neft və neft məhsullarının ixracının prioritet istiqamətləri, Xəzər regionunun nəqliyyat və logistika infrastrukturu, dəmir yolu daşınmaları və tarif siyasəti, Xəzər regionunda boru kəməri marşrutlarının reallıqları və perspektivləri və s. olacaq. Bundan başqa, bank sessiyasında İranla əməliyyatlarının maliyyələşdirilməsi, İslam maliyyələşməsinin özəllikləri, İrana xammal və neft məhsullarının svop tədarükü məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, "Argus" artıq sammitdə iştirak etmək istəyənlərin qeydiyyatına başlayıb (http://www.argus.ru/events/forthcoming-events/argus-petroleum-summit/home/). 


Xəbər xətti