Salyan rayonunda yanğın zamanı 2 nəfər tüstüdən boğularaq ölüb. Ucnoqta.az “report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb. Kənddə ümumi sahəsi 100 kv. m. olan 1 mərtəbəli fərdi yaşayış evi yanıb. Yanğın zamanı ev sahibləri, 74 yaşlı Əhmədalı Qayıbalı oğlu Əliyev və 83 yaşlı Zemfira İsa qızı Əliyeva tüstüdən boğulub.
Faktla bağlı araşdırma aparılır.