Azərbaycan banklarından birinin İranda filialının açılması planlaşdırılır. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bankın adını açıqlamayıb. "Bu məsələ ikitərəfli müzakirə mövzularındandır. Hələlik hüquqi məsələlər müzakirə olunur", - deyə o əlavə edib.