MM sədri: "Ağlaşma obrazı yaratmayacağıq"

13:36 - 24 Fevral 2017 - Xəbər

 “Azərbaycan güclü dövlətdir, torpaqlarını işğaldan azad etməyə qadirdir”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

“Erməni obrazı ilə bağlı demək istəyirəm ki, arxalı köpək qurd basar, atalar belə deyib. Zaman da göstərdi ki, bizim özümüz-özümüzə dayağıq. Ağlaşma obrazı yaratmayacağıq” - deyə, Milli Məclisin sədri qeyd edib.

Xəbər xətti