Şəmkirdə 80 yaşlı qadın evində yanaraq ölüb

11:49 - 24 Fevral 2017 - HADİSƏ

Şəmkirdə yaşayış evi yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 23-də saat 17 radələrində Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayan Nərgiz Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin 25 kv/m sahəsindəki yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra mənzildən 80 yaşlı ev sahibəsinin yanmış meyiti tapılıb.Apa

Xəbər xətti