Bakıda avtomobil gənc qızı vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb. Belə ki, gecə saatlarında Məhəmmədi kəndində 29 yaşlı Əhmədova Vüsalə yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarət alan V.Əhmədova xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.