Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib. Bununla bağlı qanunu muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.
Qanunda deyilir: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır: Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası gəlirlər üzrə 73 605 636 manat, xərclər üzrə 350 703 498 manat məbləğində olmaqla təsdiq edilsin.