Hərbi vertolyot qəza enişi edib

11:00 - 24 Fevral 2017 - HADİSƏ

Əfqanıstanda hərbi vertolyot qəza enişi edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Qunduz vilayətində, ölkənin şimalında baş verib. Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi faktı təsdiqləyib. O, bildirib ki, vertolyot yerə endikdən sonra onun ekipajı xilas edilib. Bununla yanaşı, vertolyot qəza yerində hərbçilər tərəfindən məhv edilib. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Xəbər xətti