Şahin Mustafayev: “Azərbaycan və İran ikitərəfli əlaqələrin inkişafında maraqlıdır”

12:03 - 23 Fevral 2017 - İQTİSADİYYAT

Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinnin Ərdəbil əyalətinə səfəri başlayıb.  “Report” İRNA-ya istinadən xəbər verir ki, səfər iki gün davam edəcək. 
Azərbaycanın iqtisadiyyat naziri Səreyndə İran-Azərbaycan ticarət konfransında iştirak edəcək, Ərdəbilin istehsal müəssisələrinə, Xudafərin su bəndinə, Azərbaycan dəmir yolu şəbəkəsinin Aslandüzdə İranın dəmir yolu şəbəkəsinə birləşdiyi qovşağa, Səreynin mineral isti sularına və Meşkində termal elektrik stansiyasına baş çəkəcək. 
Ş.Mustafayev Azərbaycan və İran rəsmilərinin əlaqələrin inkişafında maraqlı olmasından danışaraq, iki ölkə prezidentlərinin ötən 3 il ərzində 7 dəfə görüşdüklərini və 8-ci görüşün də tezliklə Tehranda baş tutacağını deyib: “Azərbaycan Prezidenti İlham Əliyev qarşıdan gələn 2 həftə ərzində İrana səfər edəcək və İran prezidenti Həsən Ruhani ilə görüşəcək”. 

Xəbər xətti