“Günəşli” yatağındakı 19 saylı dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qırməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilib.
SOCAR-dan verilən məlumata görə, quyu gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasilatı ilə istismara verilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.