İsmayıllı rayonunda fərdi yaşayış evində yanğın olub. Hadisə bu gün rayonun Çəmənli kənd sakini, 1981-ci il təvəllüdlü Eminov Natiq Şakir oğluna məxsus yaşayış evində baş verib. Günorta saatlarında iki azyaşlı uşağını qonşu kəndə məktəbə aparan ev sahibi yanğından xəbərsiz olub.
Ümumi sahəsi 97 kvadratmetr olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin yaxınlığındakı tikililər alovdan mühafizə edilib və yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.